ENG

Elmin İnkişafı Fondunda ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 48 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

4458
A A A
İyul 14 2017

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu haqqında danışmışdır: “1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. O illərdə bu böyük insan ardıcıl olaraq respublikamızın sürətli sosial-iqtisadi inkişafı, xüsusilə də iqtisadiyyatın səmərəli yerləşdirilməsi siyasətini yeritmiş, şəhər və kəndlərin inkişafına böyük qayğı göstərmişdir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil etmiş, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yerləşdirilmişdir. Məlumdur ki, qeyri-neft sektorunun çoxşaxəli, səmərəli inkişaf etdirilməsi, emal sənayesinə aid müəssisələrin kiçik və orta şəhərlərdə yerləşdirilməsi müasir dövrdə respublikamızda iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Odur ki, ümummilli liderimizin 70-80-ci illərdəki iqtisadi siyasətinin, bu siyasəti reallaşdırmaq üçün istifadə etdiyi üsul və vasitələrin öyrənilməsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir.1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi.”

E.Babayev əsası ümummilli lider tərəfindən qoyulmuş siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də yüksək nailiyyətlər əldə olunduğunu bildirib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR