ENG

“TransTech Capital” Fondunun partnyorları Elmin İnkişafı Fondunda olub

4201
A A A
İyul 05 2017

5 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda Böyük Britaniyada fəaliyyət göstərən “MTİ Ventures” şirkətinin (http://mtiventures.com/index.php/about-transtechcapital) “TransTech Capital” (TTC LLC) Fondunun partnyorları Simon Robeson və Mahmut N.Sinoplu ilə növbəti görüş keçirilib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin də iştirak etdiyi konsultativ xarakterli görüşdə innovativ layihələr, texnologiyaların transferi və elmi nəticələrin kommersiyalaşdırılması üzrə məsələlər müzakirə olunub.

“TransTech Capital” Fondunun partnyorları Simon Robeson və Mahmut N.Sinoplu “MTİ” şirkətinin Azərbaycandakı fəaliyyəti haqqında son məlumatları verərək qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Elmin İnkişafı Fondu tərəfindən də konkret təkliflər verilib. Yaxın gələcəkdə əlaqələrin davam etdirilməsi məqsədilə tərəflər arasında növbəti görüşlərin keçiriləcəyi razılaşdırılıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR