ENG

Elmin İnkişafı Fondunun müşaviri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun İclasında iştirak etmişdir

3653
A A A
Noyabr 12 2015

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun növbəti iclasında iştirak məqsədi ilə Fondun müşaviri Babayeva Ədilə Türkiyənin İstanbul şəhərində ezamiyyətdə olub.

Qeyd etmək lazımdır ki, hal-hazırda Elmin İnkişafı Fondu adıçəkilən QDİƏT-ın işçi qrupunun ölkə-əlaqələndiricisidir. İclasda elm və texnologiya sahələrində beynəlxalq təşkilatlarla kooperasiya, gənclər, elm və texnologiya, 2016-2018-ci illər üçün prioritet istiqamətlər kimi mövzular müzakirə olunmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR