ENG

Elmin İnkişafı Fondunun əməkdaşı Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimində iştirak edib

4075
A A A
İyun 30 2017

2017-ci il 30 iyun tarixində Bakı Biznes Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimi keçirilib. Mərasimdə İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Azexport portalının rəhbəri Zaur Qardaşov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağının yaradılmasının ölkəmiz üçün regional və iqtisadi əhəmiyyətindən, ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investiyaların cəlbi, sahibkarların qlobal bazarlara çıxması və yeni texnologiyalardan faydalanmasında vacib rolundan danışıblar.

Tədbirə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu da dəvət alıb və Fondun məsləhətçisi Günay Abbasova qurumu təmsil edib, yeni yaradılmış ticarət qovşağının ixracatçılar üçün əhəmiyyətinə dair sual ünvanlayıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

Link: iqtisadiislahat.org

 

HİKMƏTLİ SÖZLƏR