ENG

“Clarivate Analytics” təşkilatının nümayəndə heyəti Elmin İnkişafı Fondunda olub

4327
A A A
İyun 19 2017

2017-ci il 19 iyun tarixində Clarivate Analytics (keçmiş Thomson Reuters-ə aid olan qurumun yeni mülkiyyətçisi) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyəti  Elmin İnkişafı Fondunda olub. Görüşdə “Clarivate Analytics”in Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin və bu qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə də iştirak edib. 

Görüşdə Fondun icraçı direktoru hər iki qurum arasında səmərəli əməkdaşlığın mövcud olduğunu, birgə tədbirlərin və məsləhətləşmələrin keçirildiyini xatırladaraq, bu əməkdaşlığın gələcəkdə davam etdirilməsinin Azərbaycanda elmin inkişafına və alimlər üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.

Görüş zamanı Web of Science elmmetrik məlumat bazasından istifadə imkanları və bundan Fondun istifadəsi potensialı müzakirə edilib, birgə planlar razılaşdırılıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR