ENG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Elmin İnkişafı Fondunda tədbir keçirilmişdir

3833
A A A
May 10 2017

Tədbirdə Fondun əməkdaşı Mülayim Quliyeva görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşar bir zirvəyə yüksəlib. Müstəqil Azərbaycanın dövlət quruculuğu məhz onun adı ilə bağlıdır. Bu adı daha da ucaltmaq üçün hər bir vətəndaş dövlətimizə sədaqətlə xidmət etməli, onu Heydər Əliyev kimi sevməyi bacarmalıdır. O qeyd edib ki, Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli varisi, Prezident İlham Əliyev uğurla davam etdirir. M.Quliyeva Ümummilli Liderin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətindən danışıb.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto- və video-material nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR