ENG

Elmin İnkişafı Fondunun kollektivi Heydər Əliyev Mərkəzində olub

2861
A A A
May 08 2017

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Elmin İnkişafı Fondunun kollektivi Heydər Əliyev Mərkəzində olub. Fondun əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib. Bildirilib ki, Mərkəz müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, lider irsinin dərindən öyrənilməsi, tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərir. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığının inciləri siyahısına daxil edilib.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq da əməkdaşlarda bö­yük maraq doğurub.

Fondun əməkdaşları Mu­zeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Diqqətə çatdırılıb ki, Muzey Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib.

Muzeyin ən maraqlı bölmələrindən biri də Ümummilli Liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunduqda, arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən, onun iş masası, sənədləri də sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Fondun əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR