ENG

Naxçıvan Bölməsində qrant layihələrdə qalib gələn alimlərlə görüş keçirilib

2259
A A A
May 05 2017

AMEA-nın Naxçıvan Bölməsində qrant layihələrdə qalib gələn alimlərlə görüş keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bu gün ölkəmizdə elmin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirib. Akademik daha sonra ölkə Prezidenti tərəfindən yaradılan Elmin İnkişafı Fondunun müsabiqələr yolu ilə həyata keçirdiyi qrant layihələrdən bəhs edib. Qeyd edib ki, qrant müsabiqələrin keçirilməsində əsas məqsəd ölkədə müxtəlif elm sahələrində aparılan elmi-tədqiqatları dəstəkləməkdir.

Alim 2011-ci ildən etibarən bölmə əməkdaşlarının 20 beynəlxaq və respublika səviyyəli qrant layihələrdə qalib gəldiyini bildirib.

Tədbirdə "Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyası” mövzusu üzrə beynəlxalq qrant layihəsinin və “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genefondunun elmi əsaslarla kompleks tədqiqi” mövzusu üzrə respublika qrant layihəsinin rəhbəri akademik Tariyel Talıbov, “Azərbaycançılıq ideologiyası işığında Naxçıvan ədəbi mühiti, folkloru, dialekt və şivələri və yer adlarının toplanması, kompleks tədqiqi və nəşri” və “Naxçıvan tarixinin arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi” mövzusu üzrə qrant layihələrin rəhbərləri - AMEA-nın müxbir üzvləri - Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış edərək layihələr haqqında ətraflı məlumat veriblər.

 

Mənbə: science.az

HİKMƏTLİ SÖZLƏR