ENG

Büdcə strategiyalarının koqnitiv modelləşdirilməsi üzrə seminar keçirilmişdir

2959
A A A
Aprel 28 2017

Qlobal çağırışlar, o cümlədən dünya bazarında neftin qiymətinin düşməsi şəraitində Azərbaycan dövlət büdcəsinin strateji təhlili üçün koqnitiv vasitələr” adlı Layihənin 1-ci seminarı keçirilmişdir.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2015-ci il qrantına (ЕİF-KETPL-2015-1(25)) layiq görülüb.

Layihədə iştirak edirlər: AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, "Oil Supply” şirkəti.

Layihənin rəhbəri AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Robert Qarayevdir.

Büdcə layihələrinin strateji təhlil problemi bugün olduqca aktualdır. Bu, xarici mühitin artan burulğanlığı və milli iqtisadiyyatın kortəbii yaranan strateji təhdidləri ilə şərtlənir:

-​ qlobal iqtisadi böhran,
-​ dünya karbohidrogen bazarlarında xammal qiymətinin aşağı düşməsi;
-​ partnyor ölkələrdəki sosial-iqtisadi sarsıntılar;
-​ Rusiyadan immiqrant axınının artımı;
-​ Dağlıq Qarabağ konflikti rayonunda və həmçinin Yaxın və Orta Şərq ölkələrində gərgin hərbi-siyasi vəziyyət;
-​ BREXİT və s.

Mövcud büdcə planlaşdırılması - "xərc büdcələməsi” (input budgeting), "nəticəyə yönəlmiş büdcələmə” (performance based budgeting) və büdcə təhlilinin mövcud alətləri strateji aspektlə zəif bağlıdır və birinci növbədə, büdcənin gəlir-xərc maddələrinin optimallaşdırılmasına yönəldilmişdir.

Qeyd edək ki, bugünkü mürəkkəb şəraitdə strateji aspektin həlli müasir dövrün bütün "zəifstrukturlu (Q.Saymon)” problemlərinə xas olan çoxsaylı çətinliklərlə üzləşir: çoxfaktorluluq, faktorların müxtəlifliyi, faktorların qarşılıqlı təsiri, dinamiklik, qeyri-müəyyənlik, ənənəvi iqtisadi-riyazi metodların sosial-iqtisadi effektlərinin modelləşdirmə imkanına malik olan insan faktorunun yüksək rolu.

Son zamanlar məşhur olan və strateji təhlilin aləti kimi istifadə olunan SWOT-təhlilin müxtəlif versiyaları ciddi məhdudiyyətlərlə üzləşir. Onların tətbiqi xüsusi büdcə strategiyalarının çoxluğuna gətirib çıxarır. Bu strategiyalar:

1) müxtəlif əhəmiyyət dərəcəsinə malikdir;
2) bir biriləri ilə mürəkkəb səbəb-nəticə münasibətlərindədir;
3) cari makroiqtisadi situasiya ilə bağlıdırlar.

Təbiidir ki, bunlar büdcənin strateji dayanıqlığı barədə və orta və uzun müddətli perspektivdə büdcənin taleyi haqda bütöv təsəvvürü vermir.

Strateji aspektin həllində yeni nəsil dəstək alətləri – koqnitiv texnologiyalar əsasında intellektual alətlər əhəmiyyətli dərəcədə kömək edə bilər.

Bugün dünya ictimaiyyəti müxtəlif sferalarda: dövlət idarəçiliyi, siyasət, iqtisadiyyat, ekologiya, sosiologiya, səhiyyə, təhsil, konflikt və fövqalədə hallarda və s. çətin problemlərin həlli üçün geniş imkanlar açan "koqnitiv texnologiyalar erasına” (https://www.ibm.com) daxil olur.

Nanotexnologiya, biotexnologiya və informasiya texnologiyaları ilə birgə koqnitiv texnologiyalar yaxın 50 il üçün dünya elminin aparıcı trendini təyin edən "NBIC-konvergensiyanı” formalaşdırır (http://www.wtec.org/ConvergingTechnologies/3/NBIC3_report.pdf).

Büdcə planlaşdırılması məhz elə sahələrdəndir ki, koqnitiv alətlər faydalı ola bilər; xüsusən yeni iqtisadi modelə keçid və xarici mühitin artan burulğanlığı şəraitində büdcənin strateji dayanıqlığının tədqiqində.

 

Mənbə: isi.az

 

HİKMƏTLİ SÖZLƏR