ENG

12 aprel “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçiriləcək

2163
A A A
Aprel 11 2017

2017-cı il 12 aprel tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FonduAMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə əməkdaşlığı və təşkilatçılığı ilə Bakı şəhər məktəbliləri arasında II “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçiriləcək. Dünyada “Kosmos Günü” kimi tanınan bu tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.

Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən “Ekoklub”ların üzvləri və orta ümumtəhsil məktəblərinin və liseylərin şagirdlərinin hazırlayacaqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, kosmosa aid fantastik bədii və ya cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuş rəsmlər, plastilindən hazırlanmış kosmik “bədheybətlər” in  fiqurları  nümayiş etdiriləcək, 4 nominasiya üzrə yaradıcılıq işlərinə baxış keçiriləcək, qaliblər müəyyənləşdiriləcək.

Müsabiqə 2017-cı il 12 aprel tarixində saat 16.00-da “Park Bulvar”da başlayacaq.

Müsabiqənin hər nominasiyası üzrə I, II və III yerləri tutan qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

 

HİKMƏTLİ SÖZLƏR