ENG

Belarusun Azərbaycandakı səfiri Elmin İnkişafı Fondunda olub

2382
A A A
Mart 30 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. Ötən illərdə Fondun Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlığı uğurlu olub. Fond Belarusun Azərbaycandakı səfirliyi ilə də daima əməkdaşlıq edib.

2017-ci il 30 mart tarixində Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Elmin İnkişafı Fondunda olub. Görüşdə səfirliyin 3-cü katibi İqor Poluyçik də iştirak edib.

Fondun icraçı direktoru Elçin Babayev görüşdə Azərbaycan və Belarus arasında əlaqələrin davamlı əsaslarla inkişaf etdiyini, digər sahələrdə olduğu kimi elmi əməkdaşlığın da yeni dövrün tələblərinə uyğun olaraq qurulduğunu, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində reallaşdırıldığını qeyd edib, birgə müsabiqələr haqqında məlumat verib. Konkret təklif kimi Belarus alimlərinin elmi nailiyyətlər sərgisinin Bakıda təşkili və Fondun maliyyələşdirdiyi 1-ci konfransın davamı olaraq, 2-ci Azərbaycan-Belarus elmi konfransının Minskdə təşkil olunaraq keçirilməsi ideyaları irəli sürülüb.

Səfir Gennadi Axramoviç hər iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan siyasi, iqtisadi və humanitar münasibətləri xarakterizə edib. Səfirlik tərəfindən Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi qeyd olunub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR