ENG

“2+”-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

5159
A A A
Mart 16 2017

Elmin İnkişafı Fondu 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli Sazişin müddəalarını nəzərə almaqla, 2+-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini (EİF-BGM-3-BRFTF-2+/2017) elan edib.

Müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsindəfundamental və tətbiqi xarakterli layihələr və 100 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 16-dan mayın 15-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq, 2017-ci ilin sentyabr ayında açıqlanması planlaşdırılır.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR