ENG

Elmin İnkişafı Fondu “2016-cı ilin alimi” mükafat müsabiqəsi

6642
A A A
Sentyabr 26 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, mütəmadi keçirilməsi nəzərdə tutulmuş “Ən Layiqli Alim – Ə.L.A.” müsabiqəsi elm adamlarının, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlər əsasında müsabiqə yolu ilə qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda ötən il fəallıq göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər:

Əsas nominasiyalar:

Fizika-riyaziyyat və texnika elmləri üzrə - 1 mükafat (3.000 manat);

Kimya elmləri üzrə - 1 mükafat (3.000 manat);

Yer elmləri üzrə - 1 mükafat (3.000 manat);

Biologiya, tibb və aqrar elmləri üzrə - 1 mükafat (3.000 manat);

Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (3.000 manat).

Gənc alimlər üçün (35 yaşadək) nominasiyalar:

Təbiət və texnika elmləri üzrə - 1 mükafat (2.000 manat);

Həyat haqqında elmlər üzrə - 1 mükafat (2.000 manat);

Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (2.000 manat).

Müsabiqədə iştirak üçün sənədlər martın 10-dan aprelin 17-si saat 17:00-dək qəbul olunacaq. Nəticələrin mayın ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur.

Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak edə bilərlər. Müsabiqə ilə bağlı sualların elektron-poçt ünvanına göndərilməsi və ya onların zəng vasitəsi ilə cavablandırılması mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə EİF-də məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə fondun internet portalında əlavə məlumat veriləcək.

 

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR