ENG

”ASAN-imza”dan istifadə üzrə Fondla “B.EST Solutions” şirkəti arasında müqavilə imzalanıb”

3343
A A A
Dekabr 30 2016

Elmin İnkişafı Fondunun şəffaflıq prinsipləri üzərində təşkil edilmiş fəaliyyəti haqqında məlumat 2016-cı ildə yenidən qurulmuş və müasir standartlara cavab verən rəsmi internet portalında (www.sdf.gov.az) yerləşdirilmişdir və buradakı məlumatlar daim yenilənməkdədir.

Fond qrant müsabiqələrində iddiaçıların və ekspertlərin iştirakını “elektron-dövlət” prinsiplərinə uyğun olaraq təşkil edir və bu işin nəticəsi olan və “BestComp Group” MMC tərəfindən hazırlanmış “e-QRANT” brendi altında “Qrant layihələrinin elektron idarəolunması” sisteminin birinci mərhələsini alim və ekspertlərin ixtiyarına verib. “e-QRANT” sistemi “ASAN-İmza”dan istifadəni də nəzərdə tutur və bununla bağlı Elmin İnkişafı Fondu ilə operator rolunu oynayan “B.EST Solutions” MMC (http://bestsolutions.az/) arasında ASAN-imza (Mobil-imza) xidmətinə qoşulma və xidmətlərdən istifadə edilməsinə dair müvafiq müqavilə imzalanıb. Tərəflər arasında razılığa əsasən, müəyyən müddət ərzində alimlərə dəstək məqsədilə, Fondun təqdimatı əsasında “B.EST Solutions” şirkəti ASAN-imza alınması üzrə xüsusi kampaniya da keçirəcək. Bundan ilk növbədə Fondun yeni elan etdiyi “Elm-təhsil inteqrasiyası” qrant müsabiqəsinin iddiaçıları istifadə etmək şansına malik olacaqlar.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR