ENG

Uçqun baş verə biləcək sahələr müəyyənləşdirilib

2749
A A A
Dekabr 23 2016

Bakı və Abşeron yarımadasında yerləşən 7 böyük gölün ətrafında ekzogen-geoloji proseslərin (çökmə, uçqun, eroziya və s.) baş verə biləcəyi sahələr müəyyənləşdirilib.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Əvəz Salamovun APA-ya verdiyi məlumata görə, Masazır, Mirzələdi, Bülbülə, Məhəmmədli (Zabrat), Qırmızı şərqi, Qırmızı qərbi və Xocahəsən gölləri ətrafında tədqiqat işləri aparılıb, gələcəkdə çökmə, uçqun, eroziya proseslərinin baş verə biləcəyi yerlər aşkarlanaraq sahələrə ayrılıb. Elmin İnkişafı Fondunun ayırdığı maliyyə vəsaiti hesabına aparılan tədqiqat işləri başa çatdırılıb.

Geologiya və Geofizika İnstitutunun əməkdaşı tədqiqat işi ilə bağlı bəzi detalları açıqlayıb. Ə. Salamov qeyd edib ki, aparılmış tədqiqat işinin nəticələrinə əsasən Məhəmmədli (Zabrat) gölünün şərq və şimal-qərb tərəflərində əsas etibarilə çökmə prosesi proqnozlaşdırılır: “Bülbülə gölünün həm şərq, həm də qərb tərəfləri hər hansı bir tikinti işinin aparılması üçün yararlı deyil. Gölün ətrafında pozulma xətləri də aşkarlanıb ki, bu da gələcəkdə təhlükəli vəziyyətə səbəb ola bilər. Eyni zamanda, Masazır gölü və Masazır gölünün yaxınlığında yerləşən Mirzələdi gölünün ətrafı da ekzogen-geoloji proseslərə məruz qalacaq. Xocahəsən gölündə isə qırılma nöqtəsi aşkarlanıb. Bu isə o deməkdir ki, Xocahəsən gölü ətrafındakı ərazi parçalanmaya məruz qalıb”.

Mənbə: ikisahil.az

HİKMƏTLİ SÖZLƏR