ENG

UNESCO rəsmiləri EİF-də olmuşlar

5563
A A A
Yanvar 31 2011

31 yanvar 2011-ci il tarixində UNESCO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları seksiyasının rəhbəri Eduardo Martinez və həmin seksiyanın müşaviri Vəfa Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədr müavini akademik Mahmud Kərimov da iştirak etmişdir. Qonaqlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının işi ilə yaxından tanış olmuş, öz tövsiyə və məsləhətlərini vermişlər.

Gələcəkdə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR