ENG

CRDF rəsmiləri EİF-də olmuşlar

4549
A A A
Fevral 28 2011

28 fevral  2011-ci il tarixində CRDF-in (ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu) Mərkəzlər, İnstitutlar Yaradılması və İnnovasiya üzrə Proqram direktoru Con Modzelevski və Baş proqram meneceri Eldar İmanverdiyev Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. Qonaqlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının işi ilə yaxından tanış olmuşlar.

Gələcək əməkdaşlıq, CRDF-in təcrübəsindən Elmin İnkişafı Fondunun işində istifadə olunması, qrant idarəetmə sisteminin (QİS) avtomatlaşdırılması. Elmin İnkişafı Fondunun əməkdaşları üçün təlimlər keçirilməsi və CRDF-in Elmin İnkişafı Fondunda seminarlarının təşkili məsələləri müzakirə olunmuşdur.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədr müavini akademik Mahmud Kərimov da iştirak etmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR