ENG

”Springer” nəşriyyatının xüsusi layihələr və kitabxana üzrə satış direktoru cənab Frans Lettenştrom və Rusiya Fundamental Tədqiqatlar Fondunun sabiq rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Vladislav Yuryeviç Xomiç EİF-də olmuşlar

3312
A A A
Oktyabr 21 2011

21 sentyabr 2011-ci il tarixində “Springer“ nəşriyyatının xüsusi layihələr və kitabxana üzrə satış direktoru cənab Frans Lettenştrom və Rusiya Fundamental Tədqiqatlar Fondunun sabiq rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Vladislav Yuryeviç Xomiç EİF-də olmuşlar. Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Fondun yaranması, işi və fəaliyyəti, 2 il ərzində keçirdiyi müsabiqələr və xarici fondlarla əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat vermişdir.

Öz növbəsində cənab Frans Lettenştrom nəşriyyatın əsas biznesinin təkcə elmi məqalələrin nəşri olmadığını, həmçinin bütün dünyada müəllif və mütəxəssislər haqqında mükəmməl informasiya bazasına malik elmi və professional icmalar yaratmaqdan ibarət olduğunu və bununla fəxr etdiklərini bildirmişdir. O, həmçinin Azərbaycanın da bu informasiya bazalarını əldə etməyinin zəruriliyini qeyd etmiş və Fondun bu ideyanı dəstəkləyəcəyinə əmin olduğunu bildirmişdir.

Akademik Vladislav Yuryeviç Xomiç isə iki fond arasında gələcək əməkdaşlıq məsələlərinin və əməkdaşlığın hər iki tərəfə faydalı və səmərəli olacağını bildirmişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR