ENG

Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professoru, tanınmış fizik, həmyerlimiz Natiq Atakişiyev Elmin İnkişafı Fondunda olmuşdur

4005
A A A
İyul 18 2012

Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professoru, tanınmış fizik, həmyerlimiz  Natiq Atakişiyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olmuşdur.

Fondun fəaliyyəti ilə maraqlanan alim, Fondun işini yüksək qiymətləndirmiş və gələcəkdə Meksikanın mövcud qurumları ilə əlaqələrin yaradılması təşəbbüsünü  də dəstəkləmişdir.

Natiq Atakişiyev BDU-nun fizika fakültəsinin məzunudur, fizika-riyaziyyat elmləri doktorudur. O, 1994-cü ildən etibarən Meksika Milli Avtonom Universitetinin Riyaziyyat Institutunda çalışır.

Son dövrlərdə N.Atakişiyevin elmi maraqları riyazi fizikanın xüsusi funksiyalarının, onların qrup xassələrinin tədqiqi ilə bağlıdır.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR