ENG

”Kiyev Politexnik İnstitutu”- Ukrayna Milli Texniki Universitetinin Təhsildə informatika texnologiyaları Ukrayna İnstitutunun direktoru xanım İnna Q.Malyukova Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur

3175
A A A
Oktyabr 01 2012

1 oktyabr 2012-ci il tarixində “Kiyev Politexnik İnstitutu”- Ukrayna Milli Texniki Universitetinin Təhsildə informatika texnologiyaları Ukrayna İnstitutunun direktoru, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun idarə heyətinin üzvü, “Technology transfer brokerage: creation of an international system of training”layihəsinin rəhbəri xanım İnna Q. Malyukova Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur.

Fondun fəaliyyəti ilə tanış olan xanım İnna Malyukova rəhbərlik etdiyi qurum haqqında da məlumat vermiş, təmsil etdiyi təşkilatlar və iştirakçısı olduğu layihələr barəsində də fikir mübadiləsi aparmışdır. Yaxın gələcək üçün nəzərdə tutulan əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR