ENG

Almaniyanın Berlin Humboldt Universitetinin ”Azərbaycan tarixi” kafedrasının müdiri xanım Yeva-Mariya Aux (Eva-Maria Auch) Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur

3223
A A A
Oktyabr 08 2012

8 oktyabr 2012-ci il tarixində Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri professor Yeva-Mariya Aux (Eva-Maria Auch) Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur.

Elmin İnkişafı Fondunun 2012-ci ildә tәsis etdiyi 1-ci beynəlxalq xarakterli “Şuşa qrantı”nın 5 qalib layihələrdən birinin həmrəhbəri olan xanım Yeva-Mariya Auxa layihənin yerinə yetirilməsi ilə bağlı qarşıda duran işlər barədə ətraflı məlumat verilmişdir.

Qarabağla, onun simvolu olan Şuşa ilә bağlı elmi tәdqiqatları stimullaşdırmaq vә beynәlxalq sәviyyәdә araşdırmaları tәmin etmәk mәqsәdilә ilə keçirilən “Şuşa qrantı” müsabiqəsinin digər 4 qalib layihələri barədə də ətraflı məlumat verilmişdir.

Görüş zamanı gələcəkdə Azərbaycan tarixinin, dilinin və ədəbiyyatının geniş öyrənilməsi və Almaniyada və digər Avropa ölkələrində Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı yerinə yetiriləcək işlər və birgə əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR