ENG

Azərbaycan alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Xidmətdən imtina hücumlarının aşkarlanması üçün məhdud Bolsman maşınları əsasında dərin təlim üsulu” məqaləsi “Big Data” jurnalında dərc olunub.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində hazırlanıb.

“Big Data” jurnalı “MEDLINE”, “PubMed”, “PubMed Central”, “Science Citation Index Expanded”, “Journal Citation Reports/Science Edition” və “Scopus” kimi elmi bazalarda indeksləşir.

Mənbə: Azərtac

HİKMƏTLİ SÖZLƏR