ENG

Elmin İnkişafı Fondunda 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilmişdir

A A A
May 25 2012

Tədbiri giriş sözü ilə fondun icraçı direktoru Elçin Babayev açıq elan etmişdir. Tədbirdə çıxış edən icraçı direktor Elçin Babayev və aparıcı məsləhətçi Leyla Qasımova Respublika Gününün dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışaraq, XX əsrin əvvəlində yaranmış bir dövlətin beynəlxalq əlaqələri qurmaq siyasətindən söz açmışlar.

Tədbirdə cəmisi 23 ay mövcud olmuş və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının arxiv sənədləri nümayiş etdirilmişdir. Bu arxiv sənədləri içərisində Azərbaycan Demokratik Respublikasının pul əskinazları, möhürləri, dövlət ştampları öz əksini tapmışdır.

Müasir Azərbaycanın dövlət atributlarının məhz 94 il əvvəl yaranaraq bu günə qədər dövlətin müstəqilliyini özündə təcəssüm etdirən müqəddəs rəmzlər kimi qorunduğu vurğulanmışdır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ildə Respublika Günü ilə əlaqədar bayram çıxışı nümayiş etdirilmişdir. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR