ENG

Elmin İnkişafı Fondu “Ulduz təkamülünün ilkin mərhələsində olan orta və kiçik kütləli cavan ulduzların (T Tau, Ae/Be Herbig, UXOR) və aktiv nüvəli qalaktikaların fotometrik və polyarimetrik tədqiqi” layihəsi üzrə monitorinq keçirmişdir

A A A
İyun 15 2012

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qaliblərindən biri də fundamental-tətbiqi xarakterli xarakterli “Ulduz təkamülünün ilkin mərhələsində olan orta və kiçik kütləli cavan ulduzların (T Tau, Ae/Be Herbig, UXOR) və aktiv nüvəli qalaktikaların fotometrik və polyarimetrik tədqiqi” elmi-tədqiqat layihəsidir. Layihə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Rüstəmov Bayram Nizam oğlunun və 5 icraçının iştirakı ilə həyata keçirilir.

2012-ci il 15 iyun tarixində Elmin İnkişafı Fondu layihənin yerinə yetirilməsi üzrə monitorinq keçirmiş, layihə çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına alınmış və 60 sm-lik teleskopda quraşdırılmış cihazın iş prinsipi ilə maraqlanmış, alınan ilkin elmi nəticələr müzakirə olunmuşdur.

Layihənin gedişi və layihə rəhbəri və icraçılarının fəaliyyəti qənaətbəxş qəbul edilmişdir. Layihə davam etdirilir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR