ENG

Elmin İnkişafı Fondunun icraçı direksiyasında Azərbaycanın müstəqilliyinin 21 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

A A A
Oktyabr 18 2012

18 oktyabr 2012-ci il tarixində Elmin İnkişafı Fondunun icraçı direksiyasında Azərbaycanın müstəqilliyinin 21 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan Fondun əməkdaşı Rəhilə Ağayeva 1991-ci il 18 oktyabrda qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı, Azərbaycan dövlətinin rəmzləri olan dövlət bayrağı, dövlət gerbi, dövlət himni barədə dolğun məlumat vermişdir.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev müstəqilliyimizin əldə olunması və xüsusilə də çətin dövrdə bu müstəqilliyin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu qeyd etmiş, Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi həkk olunmuş Bayraq Meydanının yaradılmasının Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə olan ehtiramını əks etdirdiyini qeyd etmişdir. Artıq bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda Azərbaycanın dövlət bayrağı dalğalanır. Müstəqil Azərbaycanımız isə gündən-günə qüdrətlənir, xalqın rifahı yüksəlir.

Tədbirdə Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə 2012-ci ildə “Gənc alimlərin II  Respublika İnnovativ İdeya Yarmarkası” çərçivəsində keçirilmiş “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” adlı Gənc Alimlərin Elmi Konfransında iştirak etmiş bir neçə fəal gənc alim də iştirak etmişdir. Tədbir zamanı Gənc Alimlərin Elmi Konfransında “ən yaxşı elmi məruzəsinə görə” və “fəal iştirakına görə” nominasiyalarda xüsusi olaraq fərqlənmiş bir sıra gənc alimə Elmin İnkişafı Fondu tərəfindən sertifikatlar təqdim edilmişdir:

konfransda ən yaxşı elmi məruzəsinə görə

  • Nağıyev Cəlal Əhədbala oğlu
  • Səmədov Ramin Bəxtiyar oğlu
  • Abbasov Pərviz Akif oğlu
  • Mirzəyev Mətləb Nəbi oğlu
  • Şükürova Pərvanə Ağababa qızı

konfransda fəal iştirakına görə

  • Tapdıqov Şamo Zöhrab oğlu
  • Məmmədov Ərşad Yaşar oğlu
  • Əliyeva Aygün Zabit qızı 

Qrant layihəsinin rəhbəri Əhmədov Vüsal da müvafiq sertifikat almışdır. Gənc alimlər öz ürək sözlərini bildirmiş, təkliflərini səsləndirmiş, Elmin İnkişafı Fondunun gələcəkdə bu tip konfransların yeni formatda keçirmək təşəbbüsünü dəstəkləmişlər. Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR