ENG

Elmin İnkişafı Fondunun icraçı direksiyasında Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
Noyabr 08 2012

Tədbirdə Fondun əməkdaşı Leyla Qasımova tarixən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları haqqında məlumat vermişdir. Bayraqların təsvirlərini özündə əks etdirən şəkillər nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev Bayraq Meydanının yaradılmasının Azərbaycanın qüdrətini, Azərbaycan xalqının öz dövlət rəmzlərinə sevgisi və ehtiramını əks etdirdiyini qeyd etmişdir. Artıq bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda Azərbaycanın dövlət bayrağı dalğalanır. Müstəqil Azərbaycanımız isə gündən-günə qüdrətlənir, xalqın rifahı yüksəlir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR