ENG

Elmin İnkişafı Fondunun icraçı direksiyasında 12 noyabr – Konstitusiya gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
Noyabr 12 2012

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edən Konstitusiyanın 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq qəbul edildiyini vurğulamışdır.

Daha sonra tədbirdə Fondun əməkdaşı Bəhruz Nəcəfov çıxış edərək, Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi haqqda məlumat vermişdir.

Tədbirdə Konstitusiya günü ilə əlaqədar təqdimat nümayiş etdirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR