ENG

Elmin İnkişafı Fondunun icraçı direksiyasında 17 noyabr – Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
Noyabr 16 2012

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev 1988-ci il hadisələri dövründə ölkədəki siyasi vəziyyət barəsində geniş məlumat verərək, Ermənistanın torpaq iddiaları, Kremlin əməllərinə və separatçı qüvvələrin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq kimi niyyətlərinə etiraz əlaməti olaraq milli hərəkat fəallarının başlatdığı etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələndiyini qeyd etmişdir.

Daha sonra Fondun əməkdaşı Leyla Qasımova 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş verən hadisələrin xronologiyası barəsində məlumat vermişdir.

Tədbirdə Milli Dirçəliş günü ilə əlaqədar təqdimat nümayiş etdirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR