ENG

”Ömrünü xalqına sərf etmiş siyasi xadim”

A A A
Dekabr 12 2012

12 dekabr 2012-ci il tarixində Elmin İnkişafı Fondunda Ümummilli Lider  Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrünü xalqına sərf etmiş  siyasi xadim” adlı tədbir keçirilmişdir. Tədbirdə Fondun icraçı direktoru Elçin Babayev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı olmuş, əvəzsiz siyasi xadim Ulu Öndərin müstəsna xidmətlərindən bəhs etmişdir.

Elmin İnkişafı Fondunun əməkdaşı Leyla Qasımova öz çıxışında Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən danışmışdır.

Tədbirin sonunda dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən video çarx nümayiş etdirilmişdir.

EİF-in kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR