ENG

Elmin İnkişafı Fondunun icraçı direksiyasında 2012-ci ildəki fəaliyyətlə bağlı xüsusi iclas keçirilmişdir

A A A
Dekabr 24 2012

24 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Fondun 2012-ci ildəki fəaliyyətilə bağlı xüsusi iclas keçirilmişdir. İclası Fondun icraçı direktoru Elçin Babayev açaraq, həmçinin bu günün əlamətdar olduğunu qeyd etmişdir. Elçin Babayev cənab prezident İlham Əliyevin doğum gününü təbrik edərək ölkə başçısının elm, təhsil və innovasiyalar sahəsində müəyyənləşdirdiyi strategiyanın uğurlarından, elmin inkişafına dövlət tərəfindən olan diqqət və qayğının ildən-ilə artmağından danışmışdır. O, Elmin İnkişafı Fondunun bu inkişafa olan töhfəsindən də söhbət açmışdır.

Elmin  İnkişafı Fondunun icraçı direksiyası adından ölkə başçısına təbrik məktubu ünvanlanmışdır.

“...Bizim ölkədə bütövlükdə bütün dövrlərdə humanitar sahəyə çox böyük diqqət göstərilmişdir. Bu gün də bu sahə hökumətimiz üçün prioritet sahədir. Azərbaycanda elmin, təhsilin inkişafı, səhiyyə, mədəniyyət, idman sahələrində yaşanan inkişaf bütövlükdə humanitar sektorun inkişafına xidmət göstərir. Bu gün və gələcəkdə ölkələrin uğurlu inkişafını müəyyən edən elmi-texniki tərəqqidir. Sirr deyil və hamımız yaxşı bilirik ki, ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir...”

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(“XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Bakıda keçirilən
Beynəlxalq Humanitar Forumunun 2011-ci il 10 oktyabr tarixindəki nitqindən)

 

 

Fondun 2012-ci ildəki fəaliyyətilə bağlı qısa hesabat dinlənilmiş, hesabat üzrə aşağıdakı fəaliyyət istiqamətləri işıqlandırılmışdır:

  • Qrant müsabiqələri
  • Gənc Alim və Mütəxəssislərin 1-ci qrant müsabiqəsi
  • 2012-ci il üçün 1-ci beynəlxalq xarakterli  “Şuşa qrantı” müsabiqəsi
  • 2012-ci il üçün elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr elmi  tәdbirlәrin maliyyәlәşdirilmәsi üzrə 2-ci müsabiqə
  • Müstəqil elmi ekspertlərin 2012-ci il ərzində Elmin İnkişafı Fondunun fəaliyyətinə cəlb olunması
  • Pilot qrant layihələri
  • AMEA Fizika İnstitutu (2 layihə)
  • AMEA Geologiya İnstitutu (2 layihə)
  • AMEA Aşqarlar Kimyası İnstitutu (1 layihə)
  • Azərbaycan Tibb Universiteti (1 layihə)
  • Elmin İnkişafı Fondunun dəstəyi ilə 2012-ci ildə nəşr olunmuş kitablar
  • Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində Respublikada və xaricdə nəşr olunmuş məqalələr
  • Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə 2012-ci ildə keçirilmiş konfrans və seminarlar
  • 2012-ci ildə beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət
  • Digər istiqamətlər üzrə fəaliyyət

Elmin İnkişafı Fondunun 2012-ci ildə beynəlxalq əməkdaşlıq üzrə fəaliyyəti də uğurlu olmuşdur. Elmin İnkişafı Fondu, Belarus MEA və Belarus Fundamental  Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanmışdır. Bu Sazişə uyğun olaraq 24 dekabr 2012-ci il tarixində 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi  elan olundu.

Azərbaycan alimlərinin xaricdə keçirilən nüfuzlu elmi tədbirlərdə (konfrans, simpozium, seminar və s.) və xaricdə qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirakının effektivliyini və prosesin çevikliyini artırmaq məqsədilə bu tip müsabiqələrin ayrıca olaraq “Mobillik qrantı” adı altında birləşdirilməsi və il ərzində 3 dəfə elan edilərək keçirilməsi qərara alınmışdır.

Həmçinin 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsinin keçirilməsi haqqında da elan verildi.

Hər iki müsabiqənin keçirilməsi haqqında ətraflı informasiya və müsabiqə şərtləri 28 dekabr 2012-ci il tarixindən etibarən Fondun internet səhifəsində yerləşdiriləcəkdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR