ENG

20 yanvar - Ümumxalq Hüzn günü

A A A
Yanvar 18 2013

18 yanvar 2013-cü il tarixində Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsini anım günü keçirilmişdir. Tədbirdə çıxış edən icraçı direktor Elçin Babayev Azərbaycan xalqının inam və iradəsini sarsıltmaq məqsədi ilə Sovet hökuməti tərəfindən aparılan təcavüzkar siyasətin nəticəsi olan 20 Yanvar gününün siyasi–mənəvi tərəfləri haqqında danışmışdır.

Fondun əməkdaşı Xanım Daşdəmirova öz çıxışında 20 Yanvar faciəsinin öz uşaqlıq xatirələrində necə dərin iz buraxdığını və bu faciənin Azərbaycan xalqının tarixindəki rolundan danışmışdır.

Tədbirlə bağlı sənədli film və digər materiallar nümayiş etdirilmişdir.

Fondun kollektivi Qanlı Yanvar faciəsində şəhid olmuş qəhrəmanları anmaq üçün Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR