ENG

Elmin İnkişafı Fondunda Xocalı faciəsi anılmışdır

A A A
Fevral 26 2013

26 fevral 2013-cü il tarixində Elmin İnkişafı Fondunun içraçı direksiyasında Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Fondun icraçı direktoru Elçin Babayev Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətin çox geniş vüsət aldığını bildirərək, bu yolda dünya miqyaslı işlərin görüldüyünü qeyd etmişdir. 

Tədbirdə ABŞ konqresmeni Bill Şusterin Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar konqresdə Nümayəndələr Palatasının üzvlərinə faciə ilə bağlı verdiyi məlumat da səsləndirilmişdir. EİF-in 2012-ci ildən qoşulduğu, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan və “Xocalıya ədalət” devizi altında keçirilən Beynəlxalq maarifləndirmə kampaniya çərçivəsində dünya birliyini Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran beynəlxalq aksiya haqqında da danışılmışdır. 

Tədbirdə 1992-2013-cü illər ərzində Xocalı soyqırımının tanınması və dünya mediasında təbliğatı ilə əlaqədar  materiallar nümayiş etdirilmişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR