ENG

Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir

A A A
Yanvar 17 2014

17 yanvar 2013-cü il tarixində Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan xalqının inam və iradəsini sarsıltmaq məqsədi ilə aparılan təcavüzkar siyasətin nəticəsi olan 20 Yanvar gününün siyasi–mənəvi tərəfləri haqqında danışılmışdır. Bu qanlı günlə bağlı sənədli film və digər materiallar nümayiş etdirilmişdir.

Daha sonra Fondun kollektivi “Qanlı Yanvar” faciəsində şəhid olmuş qəhrəmanlarımızın əbədiyyətə qovuşduğu Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçmiş vətənpərvər Azərbaycan oğul və qızların əziz xatirəsi yad edilmiş, məzarların üzərinə gül dəstələri qoyulmuşdur.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR