ENG

Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
İyun 14 2014

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi və həmin dövrdə mövcud olan siyasi şəraitdən söz açıb: “Məhz Heydər Əliyevin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi, ölkə uzunmüddətli inkişaf yoluna qədəm qoydu.

Bu günün önəmini Azərbaycanın dünya birliyində yerinin daha da möhkəmlənməsi, stabil və inkişaf edən, vətəndaşını qoruyan ölkəyə çevrilməsi daha da artırır”. E. Babayev əsası ümummilli lider tərəfindən qoyulmuş siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də yüksək nailiyyətlər əldə olunduğunu bildirib.

Tədbirdə Fondun 4-cü “Mobillik qrantı”nın qaliblərindən Rüfət Quliyev (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) və Hacızadə Muxtar (Xəzər Universiteti) çıxış edərək Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşərək, ölkədə alimlərə yaradılan şəraitə görə minnətdarlıq ediblər.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR