ENG

Elmin İnkişafı Fondunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir

A A A
Fevral 26 2015

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, Xocalı soyqırımı bəşəriyyət və insanlıq əleyhinə ən ağır cinayətlərdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı tarixdə görünməmiş soyqırımı törədib: “Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”. Fondun icraçı direktoru qeyd edib ki, son illər bütün dünya ölkələrində Xocalı faciəsinin soyqırım kimi tanınması istiqamətində genişmiqyaslı işlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildən başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının xüsusi rolu var. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Azərbaycan dövləti və əsgəri Xocalını və işğalda olan digər torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edəcək.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR