ENG

”Kosmos günü”nə həsr olunmuş birgə tədbir keçirilmişdir

A A A
Aprel 11 2015

2015-ci il 11 aprel tarixində “Park Bulvar” AVM-də yerləşən “Tusi-Bohm” planetariumunda insanın kosmosa ilk uçuş gününə həsr olunmuş tədbir keçirilib.

Bu ilki tədbirin təşkilatçıları Azərbaycan Republikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AR TN Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Azərkosmos” ASC olub.

Tədbirdə Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı kosmonavtika gününə, kosmos və səma cisimlərinə həsr olunmuş maket və robotlar, rəsm əsərləri üzrə müsabiqə keçirilib, onlar tədbir iştirakşılarına, paytaxt sakinləri və şəhərin qonaqlarına nümayiş etdirilib. Qaliblər qiymətli hədiyyələr, diplom və sertifikatlarla mükafatlandırılıb.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev kosmosun fəthinə həsr olunmuş müzahirə oxuyub, video nümayiş etdirilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR