ENG

Elmin İnkişafı Fondu Bakı Dövlət Universitetində məsləhət seminarı keçirmişdir

A A A
İyul 16 2010

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaq və effektivliyini artırmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxslərə kömək məqsədilə 16 iyul 2010-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) məsləhət seminarı keçirmişdir.

Seminarda BDU-nun 250 nəfərə qədər professor-müəllim heyəti iştirak etmişdir. Seminarı BDU-nun elmi işlər üzrə prorektoru cənab İsmail Əliyev açaraq iştirakçılara EİF-in yaranma tarixi haqqında məlumat verdikdən sonra sözü Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevə vermişdir.

Elçin Babayev Fondun qrant müsabiqələri sahəsində cari fəaliyyəti haqqında məlumat verdikdən sonra EİF-in qrantların idarəolunması üzrə baş məsləhətçisi xanım Ədilə Babayeva müsabiqə qaydaları, ərizə və sənəd formalarının tərtibatını və 2010-cu il müsabiqəsi haqqında təqdimatla çıxış etmişdir.

Təqdimatdan sonra cənab Elçin Babayev seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır. BDU-nun bu təşəbbüsü Fond rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və bu təcrübədən digər qurumların da bəhrələnməsi tövsiyə olunmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR