ENG

“Qarabağ-Azərbaycandır!”-3 məqsədli qrant müsabiqəsi üzrə məsləhət seminarları keçiriləcəkdir.

A A A
Fevral 17 2025

Hörmətli qrant iddiaçıları!

 

           "Qarabağ - Azərbaycandır!"-3 qrant müsabiqəsi üzrə 2025-ci ildə göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir. Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. Seminarlar Azərbaycan Elm Fondunun ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir. İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya seminar@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər. Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız. Seminarlarda yalnız qeydiyyatdan keçmiş iştirakçılar iştirak edə bilər.

 

TARİX

SAAT

1-ci seminar

24.02.2025

11.00

2-ci seminar

27.02.2025

15.00

3-cü seminar

03.03.2025

11.00

4-cü seminar

06.03.2025

15.00

5-ci seminar

11.03.2025

11.00

6-cı seminar

13.03.2025

15.00

 

 

HİKMƏTLİ SÖZLƏR