ENG

Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi üzrə məsləhət seminarları keçiriləcəkdir.

A A A
Fevral 17 2025

Hörmətli qrant iddiaçıları!
Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi üzrə 2025-ci ildə göstərilən tarix və saatlarda məsləhət
seminarları keçiriləcəkdir. Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim
olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə
məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. Seminarlar Azərbaycan Elm Fondunun
ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir. İştirak etmək istəyənlər (012)
489 08 94 nömrəli telefona zəng vurmaqla və ya seminar@elmfondu.az elektron poçt ünvanına məktub
yazmaqla qeydiyyatdan keçə bilərlər. Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda
iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə
alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.
Seminarlarda yalnız qeydiyyatdan keçmiş iştirakçılar iştirak edə bilər.

TARİX

SAAT

1-ci seminar

24.02.2025

11.00

2-ci seminar

27.02.2025

15.00

3-cü seminar

03.03.2025

11.00

4-cü seminar

06.03.2025

15.00

5-ci seminar

11.03.2025

11.00

6-cı seminar

13.03.2025

15.00

HİKMƏTLİ SÖZLƏR