ENG

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” məqsədli müsabiqəsi üzrə 2018-ci ildə ilk məsləhət seminarını keçirmişdir

A A A
Oktyabr 25 2018

14:29

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatları” məqsədli müsabiqəsi üzrə 25 oktyabr 2018-ci il tarixində saat 11.00-da ilk məsləhət seminarını keçirmişdir.

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun icraçı direktoru Elçin Babayev seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR