ENG

Elmin İnkişafı Fondu tərəfindən “Türk Dünyası Araşdırmaları“ məqsədli beynəlxalq qrant müsabiqəsi üzrə 2018-ci ildə məsləhət seminarları keçiriləcəkdir

A A A
Oktyabr 22 2018

9:38

Hörmətli qrant iddiaçıları!

“Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi üzrə 2018-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.   

Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.

 

Seminar cədvəli

TARİX SAAT
1-ci seminar 1 noyabr 11:00
2-ci seminar 8 noyabr 15:00
3-cü seminar 15 noyabr 11:00
4-cü seminar 22 noyabr 15:00
5-ci seminar 29 noyabr 11:00
6-cı seminar 6 dekabr 15:00
7-ci seminar 13 dekabr 11:00
8-ci seminar 20 dekabr 15:00
9-cu seminar 27 dekabr 11:00
10-cu seminar 10 yanvar 15:00
11-ci seminar 17 yanvar 11:00
12-ci seminar 24 yanvar 15:00

 

Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya info@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR