ENG

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

A A A
Yanvar 18 2018

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqillik tarixindəki rolunu qeyd edib: “20 Yanvar keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin “20 Yanvar” terror və ona qarşı mübarizə ilə yanaşı, Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarix xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq sonu müstəqilliyə aparan bir yolun başlanğıcı olması ilə nəticələnmişdir. Buna görə də bu günü “Qızılı Yanvar” da adlandıra bilərik”. Elçin Babayev Ümummili Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin xüsusi detallarının gələcəkdə daha da dərindən araşıdırılacağına əmin olduğunu bildirib.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli də çıxış edərək 20 Yanvar hadisəsinin siyasi, hüquqi və sosial aspektlərindən danışaraq bu günün gənc nəsil üçün vətənpərvərlik örnəyi olmasını qeyd edibər.

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş qısa film nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

  

HİKMƏTLİ SÖZLƏR