ENG

Elmin İnkişafı Fondunda 20 yanvar faciəsinin 26-cı ildönümü qeyd edilmişdir

A A A
Yanvar 19 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycanın müstəqillik tarixində 20 Yanvarın özünəməxsus yer tutduğunu qeyd edib: “26 il öncə Bakıda dinc insanlara qarşı çox ağır bir cinayət həyata keçirilib. 20 Yanvar hadisələri keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror hadisəsi idi. 20 yanvar azadlıq istəyən xalqın bu azadlığı qazanmasına bir vəsiqə oldu. Bu tarix faciə deyil, qəhrəmanlıq günü kimi qeyd edilməlidir. 1990-cı ilin ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan səfirliyinə gələrək xalqımızın yaşadığı fəlakəti bütün dünyaya bəyan edib”.

Anım tədbiri Elmin İnkişafı Fondunun məsləhətçisi Nigar Vəliyevanın çıxışı ilə davam etdirilib.

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş film nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR