ENG

Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsi üzrə 7 iyul 2017-ci il tarixində növbəti məsləhət seminarını keçirmişdir

A A A
İyul 07 2017

Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsi üzrə 7 iyul 2017-ci il tarixində saat 15.00-da növbəti məsləhət seminarını keçirmişdir.

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun icraçı direktoru Elçin Babayev seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR