ENG

Elmin İnkişafı Fondunda Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

A A A
May 08 2017

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun əməkdaşı Füzulidən olan məcburi köçkün Fərid Xudiyev Şuşanın işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, dəyən maddi- mənəvi ziyanlardan danışıb. Qeyd edib ki, bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən güclü Azərbaycan dövləti var. Aprel ayının əvvələrində Azərbaycanın Milli Ordusunun öz hərbi qüdrətini nümayiş etdirməsi, Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsi və əhali arasında milli ruhun yüksəlməsi onu göstərdi ki, tezliklə işğalda olan torpaqlarımız düşmənlərdən azad olunacaq.

Tədbirdə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın zəngin təbiəti, memarlıq abidələri, elm və incəsənət aləminə bəxş etdiyi görkəmli şəxsiyyətləri haqqında məlumat verilib, şəhərin işğaldan əvvəlki və sonrakı görüntüləri nümayiş etdirilib. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR