ENG

Elmin İnkişafı Fondu 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə 14 aprel 2017-ci il tarixində ilk məsləhət seminarını keçirmişdir

A A A
Aprel 14 2017

Elmin İnkişafı Fondu 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə 14 aprel 2017-ci il tarixində ilk məsləhət seminarını keçirmişdir.

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun icraçı direktoru Elçin Babayev və müşavir Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR