ENG

Elmin İnkişafı Fondunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilmişdir

A A A
Mart 31 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Fondun icraçı direktoru Elçin Babayev 1918-ci il 31 mart hadisələrindən, son 200 ildə erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, Prezident İlham Əliyevin “hücum diplomatiyası”ndan,  azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən böyük işlərdən, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və Heydər Əliyev Fondunun fəaliyyətindən söz açıb.

Qeyd edilib ki, 31 mart – bir tarix dərsidir və bu dərsi hər bir azərbaycanlı yaxşı öyrənməli və heç vaxt unutmamalıdır.

Tədbirin sonunda 31 Mart soyqırım hadisələrinə həsr edilmiş material nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR