ENG

”2016-cı İlin Alimi” mükafat müsabiqəsi üzrə məsləhət seminarları keçiriləcək

A A A
Mart 17 2017

Hörmətli mükafat iddiaçıları!

“2016-cı İlin Alimi” mükafat müsabiqəsi üzrə 2017-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.   

Seminarların keçirilməsində məqsəd mükafat iddiaçılarına müsabiqəyə təqdim olunacaq sənədlər üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.

 

Seminar cədvəli:

TARİX
SAAT
1-ci seminar
30 mart
15.00
2-ci seminar
7 aprel
11.00
3-cü seminar
14 aprel
15.00

 

Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya info@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR