ENG

Elmin İnkişafı Fondunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir

A A A
Fevral 24 2017

Xalqımızın ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər...

Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu növbəti kütləvi qırğın – Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu. 8 ailənin bütün üzvləri öldürüldü. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı... Xocalıların öz doğma torpaqlarında, ev-eşiklərində yaşamaq haqqı əllərindən alındı. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulubdu.

2017-ci il 24 fevral tarixində Elmin İnkişafı Fondunda bu faciə yenidən, fərqli bir formatda anıldı. Fondun icraçı direktoru Elçin Babayev Xocalı soyqırımının siyasi aspektlərindən danışdı. Tanınmış tədqiqatçı alim Atamoğlan Məmmədli bu faciəni ən kiçik təfərrüatlarına qədər anlatdı, o günlər baş verən qanlı hadisələrin siyasi-tarixi, hərbi və psixoloji baxımdan izahını verdi, çıxışını faktlar, rəqəmlər və cizgilərlə əsaslandırdı.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR