ENG

Elmin İnkişafı Fondunun qrantı hesabına maliyyələşdirilən iri maliyyə həcmli pilot layihəsinin yerinə yetirilməsi haqqında hesabat və monitorinq xarakterli seminar keçirilmişdir

A A A
Oktyabr 03 2011

2011-ci il 5 oktyabr tarixində saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun (H.Cavid prospekti, 33) akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına maliyyələşdirilən “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” adlı iri maliyyə həcmli pilot layihəsinin yerinə yetirilməsinin gedişi haqqında hesabat və monitorinq xarakterli seminar keçiriləcəkdir.

Seminarda pilot layihəsinin rəhbəri və icraçıları, Yaponiyanın Çiba Texnoloji İnstitutunun (Chiba Institute of Technology, http://www.it-chiba.ac.jp/) əməkdaşı Key İmai, AMEA prezidenti akademik M.Kərimov və Elmin İnkişafı Fondunun icraçı direktoru E.Babayev, Fizika İnstitutunun alim və mütəxəssisləri, Fondun əməkdaşları, dəvət olunmuş qonaqlar iştirak edəcəklər.

Seminarda aşağıdakı məruzələr dinləniləcəkdir:

1. Kvazi-birölçülü TlInSe2 birləşməsində elektron sıxlığının paylanması və optik keçidlər: pilot layihəsi ilə əlaqəli tədqiqatlar barədə Məruzəçi - Key İmai (Çiba Texnoloji İnstitutu, Yaponiya)

2. Konfokal lazer spektroskopiyası: Yaponiya Çiba Texnoloji İnstitututuna pilot layihəsi üzrə ezamiyyət haqqında Məruzəçi - Nadir Abdullayev (AMEA Fizika İnstitutu)

3. Ultrabənövşəyi, görünən və infraqırmızı spektroskopik ellipsometriya: ABŞ Vulam şirkətinə pilot layihəsi üzrə ezamiyyət haqqında Məruzəçi - Eldar Məmmədov (AMEA Fizika İnstitutu)

4. Nanostrukturlu CdS nazik təbəqələri: texnoloji rejimlər və rentgen difraktometriya, keçici elektron mikroskopiya, konfokal spektroskopiya, spektroskopik ellipsometriya üzrə pilot tədqiqatları

Məruzəçi - İlham Həsənov (AMEA Fizika İnstitutu)

Çıxışlar ətrafında müzakirələr də keçiriləcəkdir.

PDF yükləmək

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR